Bakıda "Prius" qatarla toqquşdu


Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol qəzası baş verib.

Sozcu.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub.

Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}