Qubada ağır qəza: 1 ölü, 3 yaralı


Qubada iki minik avtomobili toqquşub, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Sozcu.info xəbər verir ki, hadisə ötən gün Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mersedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi Vaz-2107 markalı avtomobil toqquşub.

Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb.

“Mersedes” markalı avtomobilin sürücüsü Azər Xantəmirov və avtomobildə olan sərnişinlər Yeganə Kərimova və İlahə Mirzəyeva müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb və araşdırma davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}