Dünən, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Sozcu.info "Report"a istinadla xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.
Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.
Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
03:08
Göygöl-Kəlbəcər avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Onların kimliyi və hadisənin digər təfərrüatları hələ məlum deyil.