17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Liviyada ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın "Sky news Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, Liviyanın cənub-qərbində, Tripolidən Beni Valid şəhəri istiqamətində hərəkət edən yük maşını aşıb.
Qəza nəticəsində 30-dək adam ölüb, 100-dən çox adam xəsarət alıb.
Yük maşınında 300-ə yaxın miqrantın olduğu deyilir. Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.
Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.