16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.
12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.