16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Liviyanın şərqində son 40 il ərzindəki ən güclü yağışlardan sonra baş verən sel fəlakətində 2 min nəfərdən artıq insan həlak olub.
Liviyanın şərqindəki hökumətin Baş naziri Usame Hammad jurnalistlərə açıqlamasında Derne şəhərində selin qurbanlarının sayının artıq 2 min nəfəri keçdiyini bildirib.
Liviyanın şərqindəki hökumətin ilkin açıqlamasında Derne şəhərində güclü leysanlardan sonra yaranmış selllərin 1500 nəfərin ölümünə, 7 min nəfərin itkin düşməsinə səbəb olduğu bildirilmişdi.
Şəhərin bir çox tikililəri suyun altında qalıb, yollar dağılıb.