Kürdəmirdə qaz balonu partladı: Xəsarət alanlar var


Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.

Məlumata görə, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.

Fakt araşdırılır.//Report



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}