Dubayda polis tərəfindən saxlanılan azərbaycanlı gəmiçilərdən xəbər yoxdur -VİDEO


Azərbaycan vətəndaşı olan 4 nəfər Türkiyə gəmiçilik şirkətlərindən birinə məxsus olan yük gəmisi ilə getdikləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində polis tərəfindən saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər bildiriblər ki, təxminən 1 ay yarımdır, övladları ilə bağlı heç bir məlumat verilməyib.

Astara rayonu, Şiyəkəran kənd sakini 21 yaşlı Elçin Nəcəfov gəmidə işləmək üçün 6 ay kurs keçdikdən sonra bu ilin iyul ayında Türkyədə fəaliyyət göstərən gəmiçilik şirkətinə işə düzəlib. Bir ay gəmidə işləyən Elçin Nəcəfəov hər gün ailəsi ilə danışaraq hansı limanda olduğu barədə məlumat verib. Sonucu dəfə avqust ayının 19-da Elçin Nəcəfov evə zəng edərək Birləşmiş Ərəb Əmirliklərində olduğunu, gətirdikləri yükü limanda təhvil verərək, hər şeyin yaxşı olduğunu atasına bildirib. Ancaq o gündən sonra Elçinlə əlqə saxlmaq mümkün olmayıb.

Elçinlə bərabər olan digər 3 nəfərin də valideynləri narahatdır. Elşad Nəcəfov övladlarının işlədiyi şirkətin rəhbərliyi ilə əlaqə saxladıqlarını, lakin ailələrə şirkətdən tutarlı cavab verilmədiyini deyir.

Elçin Nəcəfovun atası Elşad Nəcəfov bildirir ki, oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib. Valideynlər müvafiq dövlət qurumlarına da müraciət etdiklərini bildiriblər.

Ətraflı süjetdə:



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}