16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2-ci Dəniz Piyadaları bazasında güclü partlayış olub.
Sozcu.info xəbər verir ki, partlayışın ardınca bölgədə yanğın baş verib.
Qeyri-rəsmi mənbələr partlayışın səsinin kilometrlərlə uzaqdan eşidildiyini, partlayış dalğası nəticəsində yaxın bölgələrdə olan evlərin şüşələrinin qırıldığını bildirirlər.
Rəsmi dövlət mediası hadisəni SEPAH-ın bazası yaxınlığındakı qamışlıqda cüzi yanğının baş verməsi kimi təqdim edib./axar.az/