Naxçıvanda “Banu” restoranı YANDI: qonaqlar təxliyə edildi - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranıda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Musavat.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın dam örtüyünə və restoran binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın üzlüyü 3m² sahədə yanıb, restoran binası yanğından mühafizə olunub. Restoranda olan 260 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Xəsarət alan yoxdur.

***

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

Sozcu.info “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən “Banu” restoranında qeydə alınıb.

Məlumatla əlaqədar əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

Yanğın söndürülüb.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}