Polis rəisləri arasında KÜTLƏVİ DAVA: Biri komaya düşdü - ANBAAN VİDEO

Sozcu.info xəbər verir ki, Yakutiyada polis gününün qeyd olunması zamanı yerli polis idarəsinin rəhbərləri arasında kütləvi dava olub. Dava nəticəsində polis idarəsinin rəisi vəzifəsini icra edən şəxs komaya düşüb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, dünən Rusiya Daxili İşlər İdarəsinin Lenski rayonundakı əməkdaşları bütün gecəni “Lena” kafesində keçiriblər. Səhər isə idarə rəisləri arasında dava başlayıb.

Əvvəlcə yerli OEBiPK-nın 30 yaşlı rəhbəri, kapitan Sevryuqin maddi-texniki təminat rəisi ilə, sonra isə polis idarəsinin rəisi vəzifəsini icra edən 40 yaşlı polkovnik-leytenant Nadtoçiyevlə dalaşıb. Nəticədə Nadtoçiyev üzündən bir neçə zərbə alıb.

Nadtoçiyev hazırda koma vəziyyətindədir. Hazırda Sevryuqinlə bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}