“Səmyar Abdullayev, sənə verəcək pulum yoxdur” – aldadılan gözdən əlillər yenidən ayağa qalxdı…

“Səmyar Abdullayev, sənə verəcək pulum yoxdur”
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti sədrinin özbaşına əməlləri bitmir. Sozcu.info Reportyor.info-ya istinadla xəbər verir ki, sədr Səmiyar Abdullayevdən şikayətçi olan gözdən əlil Səadət Cəlilova saytımıza bildirib ki, 2008-ci ildən ev növbəsinə dayanıb, lakin bina tikilsə də mənzil verilmir. O, bir neçə dəfə Səmyar Abdullayevin qəbuluna gedib, problemi həll olmayıb. O, heç olmasa yataqxana qeydiyyatına salınmasını xahiş edir. S. Cəlilova deyir ki, Səmyar Abdullayevə verməyə pulu yoxdur, onunla birgə növbədə olanlar isə mənzillər alıblar. Amma hələ də onun kimi yüzlərlə gözdən əlil illərdir ki, mənzil növbəsindədir, amma Səmyar Abdullayev məmurlarla əlbir olub mənzilləri satıb.

Xatırladaq ki, hələ 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkə prosesləri keçirilib. S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Çox müəmmalı şəkildə məhkəmənin hökmü ilə həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsinə bəraət verilib. Digər maddələrlə müddət keçdiyinə görə onlara cəza təyin edilməyib.



Oxşar Xəbərlər

Xəbər lenti