Azərbaycanlıların məclisinə BASQIN: 50 nəfəri müharibəyə çağırdılar - VİDEO


Voronejdə milli mətbəxin yeməkləri təqdim edilən restoranda ad günü məclisinə gələn onlarla müştəriyə hərbi komissarlığa çağırış vərəqələri verilib.

Sozcu.info bildirir ki, söhbət Donbasskaya küçəsində yerləşən “Fort” kafesindən gedir. Müəssisə özünü Azərbaycan mətbəxinin restoranı kimi təqdim edir.

Təhlükəsizlik qüvvələri müəssisəyə gələrək orada olanların sənədlərini yoxlamağa başlayıblar. Daha sonra tədbirin 50-yə yaxın iştirakçısına çağırış vərəqələri təqdim olunub.Məlumata görə, çağırış vərəqəsi verilənlər azərbaycanlılardır.

lent.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}