İrəvanda baş verən partlayış zamanı ölən və yaralananlar var - YENİLƏNİB + VİDEO


İrəvandakı partlayışda bir nəfər ölüb

İrəvan Dövlət Universitetinin kimya kafedrasının binasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.

Ermənistan mətbuatının yazdığına görə, həyatını itirən şəxs ərazilərin yaşıllaşdırılması xidmətin işçisidir.

Yaralanan digər iki nəfər də sözügedən xidmətin əməkdaşları olub.

Tələbələr dərhal təxliyə ediliblər.

***

İrəvan Dövlət Universitetinin kimya kafedrasının binasında baş verən partlayış zamanı üç nəfər ağır xəsarət alıb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

***

Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda partlayış baş verib.

Məlumat və hadisənin baş verdiyi yerin yaxınlığında çəkilən görüntülər Ermənistanın “Telegram” kanallarında paylaşılıb.

İlkin məlumata əsasən, partlayış kimya kafedrasında baş verib.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər.

İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}