Bu gün, 09:32
Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakı metrosunda problem yaranıb.
Sozcu.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib.
B.Məmmədov qeyd edib ki, “Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər “Nəsimi” stansiyasında düşürülüb:
“Qatar baxış keçirilməsi üçün “Memar Əcəmi” stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır”.
Bəxtiyar Məmmədovun açıqlamasına görə, xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, 3-5 dəqiqə təşkil edib.