Azərbaycanda ağır qəza - Ölənlər və yaralananlar var


Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan sozcu.info-ya verilən məlumata görə, hadisə bu gün noyabrın 29-da aaat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}