Hosteldə DƏHŞƏTLİ yanğın - 13 nəfər ÖLDÜ


Qazaxıstanın Almatı şəhərində hosteldə yanğın baş verib.

Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, yanğın barədə məlumat noyabrın 30-da saat 05:33-də daxil olub.

Yanğın şəhərin Adi Şaripov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verib.

Yanğın söndürüldükdən sonra ilkin olaraq 13 nəfərin meyiti aşkarlanıb, hazırda şəxsiyyətləri müəyyənləşdirilir.

Yataqxanadan 59 nəfər təxliyə olunub. 

Musavat.com





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}