Bu gün, 09:32
Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə yerləşən bir neçə bitişik ticarət obyektində yanğın baş verib.
Hadisə yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb ounub. Yanğın söndürülüb və digər obyektlərə keçilməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.