Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib

Mərasimdə Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev, Serbiya Respublikasının Prezidenti A. Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Radev iştirak ediblər. Serbiya və Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri :-siyasi, iqtisadi, artıq enerji sahəsində əməkdaşlığı əhatə edir. İki ölkə bir-birinin suverenliyini tanıyan strateji tərəfdaşdır.

Niş-Sofiya qaz kəməri Serbiya və Qərbi Balkanlar regionunda qaz təchizatının təhlükəsizliyinin təmin edilməsi məqsədi güdür. Bu layihənin həyata keçməsində Azərbaycan mühüm fiqurdur. Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edərək, bildirmişdir ki, bu açılışdan sonra İnterkonnektorun fəaliyyəti Serbiyanın inkişafına böyük tövhə verəcək. Gələcək planların həyata keçməsi üçün əlbəttə enerji resursları, şaxələndirilmiş təchizat şəbəkəsi qurulmalıdır. 
Prezident çıxışı zamanı eyni zamanda Azərbaycan xalqını da təbrik etdi. Belə ki, Azərbaycan qazı ixrac coğrafiyasını daha da genişləndirir. Hazırda qaz 8 ölkəyə ixrac olunur, Serbiya 9-uncudur. Bu ölkələrdən 7-si Avropa ölkəsidir. İlham Əliyev çıxışında qeyd etdi ki, bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropa-Asiya, daha doğrusu Avrasiyanın enerji xəritəsini yenidən bərpa edib. Gələcək layihələr haqqında qısa məlumat verən İlham Əliyev bildirdi ki, Azərbaycan neft və qaz resursları ilə zəngindir, ancaq biz gələcəyimizi təmiz yaşıl enerji istehsalında və ixracında görürük. Gələcək hədəfimizAvropa məkanında yeni yaradılacaq interkonnektorların vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. 
Azərbaycan artıq güclü liderin fəaliyyəti sayəsində dünya arenasında əhəmiyyətli qlobal oyunçuya çevrilir. Eyni zamanda Bakı Aİ, Gürcüstan, Macarıstan, Rumıniya ilə “Yaşıl Enerji Dəhlizi” haqqında saziş imzalanıb. Qara dənizin altından sualtı kabel ilə Avropa Xəzər dənizindən bərpa olunan elektrik enerjisi ilə təmin ediləcək. Qarşıdakı dövrdə Azərbaycan  bir sıra qlobal tədbirlərə ev sahibliyi edəcək. Ceyran Novruzova

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}