Kəlbəcərdə ağır qəza - Ölən var


Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi “Man” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerindən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}