“Respublikanski”də yanğın olub?- RƏSMİ AÇIQLAMA- YENİLƏNİB


Məsələ ilə bağlı TƏBİB-dən Musavat.com-a aşağıdakılar bildirilib:

"13 yanvar 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub".

***

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 

Videoda əraziyə yanğınsöndürmə maşınların cəlb olduğu əks olunub. Ərazidə insanların təxliyə olduğu da görünür.

Trend-in aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib və yayılan görüntülər də təlim görüntüləridir.

Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında nazirliklə TƏBİB-in birgə təlimi keçirilib.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}