Qız üstündə DAVA - Dostunu başından bıçaqladı - FOTOLAR


19 yaşlı oğlan 18 yaşlı dostunu iki dəfə kürəyindən bıçaqladıqdan sonra ürəyi soymur. Sonuncu zərbəni onun başına vurur.

Sozcu.info lent.az-a istinadən bildirir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Məlumata görə, küçədə gedən iki dost qız məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə qızışıb və davaya çevrilib. Dostlar arasında ağır söyüşlər işlədilib. Bundan sonra Fatih E dostuna doğru qaçmağa başlayıb. Daha sonra o, Azat K.-nın kürəyindən, daha sonra isə əlindəki bıçaqla başına zərbəsi endirib. Hadisə yerindən qaçmağa çalışan Fatih E. mağaza sahibi tərəfindən tutularaq polisə təhvil verilib. Azat K. isə qanlar içində yerdə tərpənmədən yatıb. Ətrafdakılar təcili yardım çağırıb. Bundan sonra gələn sağlıq işçiləri onun başına sancılan bıçağı çıxarmağa risk etməyiblər. O, başındakı bıçaqla xəstəxanaya çatdırılıb. İşinin mütəxəssisi olan professorun yanına aparılıb. Əməliyyata alınan gəncin həyati təhlükəsinin olmadığı öyrənilib.

Maraqlı odur ki, nəzarətə alınan Fatih E.-nin indiyə kimi heç bir cinayət keçmişi olmadığı məlum olub. Bışaqlanan Azat K.-nın isə "qəsb (talama)" və "qəsdən yaralama" cinayətlərinin olduğu ortaya çıxıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}