Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Belqorod vilayətinin üzərindən uçan İl-76 təyyarəsinin vurulmasına görə Kiyevi terror aktı törətməkdə ittiham edib. Nazirliyin açıqlamasında təyyarənin idarə heyəti də daxil olmaqla, içərisində olan hər kəsin həlak olduğu bildirilir. Kiyev vaxtı ilə 11.15-də, Xarkov vilayətindən atılan zenit-raket kompleksi ilə vurulan təyyarədə qarşılıqlı girov mübadiləsi məqsədilə ukraynalı hərbi əsirlərin gətirildiyi xəbər verilir. Rusiyanın radiolokasiya vasitələri iki Ukrayna raketini qeydə alıb.RF MN bəyanatında deyilir: "Təyyarədə 6 nəfər ekipaj üzvü, mübadilə üçün aparılan 65 nəfər ukraynalı hərbçi və onları müşayiət edən 3 nəfər rusiyalı hərbçi olub. Ekipaj və təyyarədəki bütün sərnişinlər həlak olublar".