Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü Məmmədov Sabir Bayram oğlu hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü İsmayılova Dostu Əliyar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.