Tiflisdə aksiyada 3 polis yaralanıb


Gürcüstanın paytaxtı Tiflisdə keçirilən kütləvi aksiyada üç polis əməkdaşı yaralanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyanın keçirildiyi yerdə “yetəri sayda təcili yardım briqadası səfərbər olunub, tibb işçiləri vətəndaşları bütün lazımi dərmanlarla təmin edir”.

“Bu vaxta qədər hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəstəxanaya yerləşdirilib”, – məlumatda diqqətə çatdırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}