17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1960-cı il təvəllüdlü Hüseynova Xuraman Sufarağa qızı və 1996-cı il təvəllüdlü Heydərov Seymur Teymur oğlu xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.