12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Report)