Türkiyənin üç vilayətində MEŞƏ YANIR - İnsanlar təxliyə olundu


Çanaqqala və Uşakda dünən başlayan meşə yanğınlarıbu gün də davam edir.

Sozcu.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hazırda söndürmə işləri davam etdirilir. Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgəsinə girişlər dayandırılıb.

İzmirin Dikili rayonunda başlayan yanğın küləyin gücü ilə ətraf ərazilərə yaxınlaşıb.

Böyükanafarta kəndi ehtiyat tədbiri olaraq boşaldılıb. Kənddə sağlamlıq problemi olan, can və mal itkisi yoxdur.

Bölgədə külək saatda 28 kilometr sürətlə əsdiyi halda, rütubət 68 faiz, temperatur isə 23 dərəcə təşkil edir.

Hesablamalara görə, 300 hektar ərazi yanğından zərər çəkəcək.

Yanğınla havadan və qurudan çoxlu sayda texnika və canlı qüvvə mübarizə aparır.

Komandalar yanğını nəzarət altına almaq üçün var gücü ilə çalışır.

Yanğının başvermə səbəbləri araşdırılır.

Publika.az



Oxşar Xəbərlər

Xəbər lenti