GƏNC QAZİLƏRİMİZİN QÜRURVERİCİ KİMLİYİ -FOTO

Dünən Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü idi.  Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramımızı tariximizin şanlı səhifəsi olaraq bəlkə də ən qürurverici anlarımıza şahidlik edirdik. İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. 

Aradan illər keçsə də, nəhayət  haqq, ədalət öz yerini tapdı. Bu doğma tarixi günümüz sovet imperiyasının qanlı dönəmindən sonra varlığımızın ən şəhanə taxtında yer aldı. 

Birinci Qarabağ müharibəsinin ağrı - acıları İkinci Qarabağ müharibəsinin birmənalı zəfəri ilə yavaş- yavaş təskinliyə çevrildi. Erməni-rus hərbi birləşmələrinin işğalına məruz qalmış doğma torpaqlarımız İkinci Qarabağ müharibəsində övladlarımızın qanı, canı bahasına düşməndən geri alındı. Bu zəfərin gətirdiyi xoşbəxtliyi bizə yaşadanlar isə xalqımızın öz övladlarının cəsarəti, özgür ruhu sayəsində faşist zehniyyətli terror ünsürlərini darmadağın etdi.  Nəhayət qürurumuz yerinə gəldi. Döyüş meydanlarında  3000-dən (üç mindən) çox can verdik. Şəhid övladlarımızın axan qanları vətən torpaqlarını  müqəddəsləşdirdi.  Daha bu torpaqları, bu coğrafiyanı düşmən adlı ünsürlərə verməyə bizim qətiyyən haqqımız yoxdur. 

Budur, sabahın erkən saatlarından etibarən qazilərimiz dəstə - dəstə Şəhidlər xiyabanına doğru irərliləyir. Yüzlərlə qazimiz “şəhidlər ölməz, vətən bölünməz” şüarının möhtəşəm sədaları altında Şəhidlər xiyabanına daxil olur. Xiyabanın girişi meydançasında nizami düzülşlə bir ağızdan müqəddəs himnimizi oxuyurlar. Şəhidlərimizin ruhu yad edilir. 

Gənc qazilər ictimai birliyinin sədri, İkinci Qarabağ müharibəsinin qazisi Hacı Vəliyevin təşkilatçılığı ilə nizami qazilər ordusu Şəhidlər Xiyabanında növbəti vəzifəsini yerinə yetirir. Hər şəhid məzarının başında qara paltarlı analar, bacılar, gəlinlər və digər doğmalar var. Birliyin sədri Hacı Vəliyev ordakı şəhid ailələri, qohumları, yaxınları ilə bir-bir maraqlanıb dərdlərinə şərik çıxır. Eləcə də digər qazilərimiz şəhid qardaşlarının məzarını ziyarət edərək yaxınlarına baş sağlığı verir. 

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. O vaxtdan etibarən, hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Başda “Gənc qazilər ictimai birliyi”- nin sədri Hacı Vəliyev olmaqla bu gün bədənlərinin hər yerində qəlpə gəzdirib yara daşımaqla öz əzimkar addımları, baxışları, varlıqları ilə Azərbaycan xalqının, dövlətinin əsl qürur yerinə çevrildilər.  Bu gənc qazilərimizin ruhu, ürəkləri  hesabına illərlə düşmən tapdağında inləyən torpaqlarımız Azad olundu. Ata-babalarımızın ruhu gerçəkdən şad oldu. 

Ona görə də, qazi Hacı Vəliyev dediyi kimi, qazilərimizi məmurlar tərəfindən haqlarının yeyilməsi və istismar edilməsinə şərait yaradılmamalıdır. Hər kəs hər qazini öz övladı, öz əzizi, öz doğması, öz qürur yeri bilməlidir. Xanəmir Telmanoğlu

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti