Dünən, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.
“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobili traktorla toqquşub.
Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.