DSX-nin giziri balıq tutmaq istəyəndə Kürdə boğuldu


Balıq tutarkən çayda boğulan Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri imiş.

Sozcu.info xəbər verir ki, o, xidmətdənkənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutmağa gedib.

Z.Abdullayev ehtiyatsızlıqdan çaya düşüb və boğularaq ölüb.

Lent.az



Oxşar Xəbərlər

Xəbər lenti