Livanda jurnalistlər həlak olublar

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Livanın cənub-şərq sərhədindəki Hasbayya yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində bir neçə jurnalist və televiziya şirkətlərinin texniki işçiləri həlak olublar.
"Al Mayadeen" telekanalı həlak olanlardan birinin bu kanalın fotoqrafı olduğunu bildirib.
Qətərin "Əl Cəzirə" telekanalı da Hasbayyadakı evin vurulması nəticəsində 3 jurnalistinin həlak olduğunu xəbər verib. Kanal ümumilikdə Livanda son 24 saat ərzində 19 nəfərin, 2023-cü ilin oktyabrından bəri isə 2 593 nəfərin həlak olduğunu bildirib. 



Oxşar Xəbərlər

Xəbər lenti