11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Rusiyanın Kamçatka vilayətində 5,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi teleqramda bildirib.
"27 oktyabr saat 16:49-da (Bakı vaxtı ilə 08:49) hiss edilən zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 5,6 olub. Episentr Milkovo kəndindən 164 km şərqdə Kronotski körfəzinin akvatoriyasında yerləşib", - məlumatda qeyd olunub.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər hiss edilib. Sunami təhlükəsi elan edilməyib./APA