Sumqayıtda DƏHŞƏT: Ata qızının dırnağı kəlbətinlə çəkdi, sobada çiynini yandırdı, yerə çırpdı - TƏFƏRRÜAT


Sumqayıt Şəhər Məhkəməsində əzab vermədə, xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada və qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Vahid Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sozcu.info xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Vahid Fərəcov 2023-cü ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadığı evdə qızı, 2012-ci il təvəllüdlü Nəzrin Fərəcovanın (şərti) baş nahiyəsini heç bir əsaslı səbəb olmadan odun sobasına salmaq istəyib. Bu zaman qızın sağ çiyninin sobaya dəyib. Nəticədə Nəzrinin sağ çiyin nahiyəsinin yanıb.

Təqsirləndirilən şəxs həmin ilin noyabr ayının sonlarında yaşadığı evdə qızının sağ ayağının baş barmağındakı dırnağı kəlbətinlə çəkib övladına əzab verib.

Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə köməksiz vəziyyətdə olan Nəzrinin baş nahiyəsini heç bir əsaslı səbəb olmadan su dolu verdəyə salıb-çıxardıb. Daha sonra Vahid onu hündürə qaldırıb yerə çırparaq sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.

Daha sonra Vahid Fərəcov saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb.

Pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti