15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Oyunda vaxt qoyublarmış - Şok


Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Sozcu.info xəbər verir ki, hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.

Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ə.Şükürlü evin sonbeşiyi və beş bacının tək qardaşı olub. O, bu gün torpağa tapşırılıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti