Bakıda dəhşətli qəza: Ata və azyaşlı qızı həlak oldu...


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, hadisə gecə saatlarında, paytaxtın Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. Hadisə şahidləri qəzada bir nəfər azyaşlının öldüyünü və yaralıların olduğunu bildiriblər.

"Bakının Sabunçu rayonunda, Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında baş verən hadisə zamanı iki nəfər həyatını itirib".

Bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli verib.

"16 fevral saat 23:30-da sözügedən ərazidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes-Benz" markalı 99-EG-909 dövlət nömrə nişanlı avtomobillə "Renault" markalı 50-DS-081 dövlət nömrə nişanlı və "Changan" markalı 77-SQ-942 dövlət nömrə nişanlı maşınlar toqquşublar.

Hadisə nəticəsində "Changan"ın sürücü Ramin Saleh oğlu Məmmədov və onun azyaşlı qızı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər", - deyə R.Əhmədli bildirib.




Oxşar Xəbərlər

Xəbər lenti