17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Bu gün saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəkidən keçən hissəsində ağır yol qəzası baş verib.
Sozcu.info-nun məlumatına görə, yolun Suçma kəndindən keçən hissəsində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ”dakı 1977-ci il təvəllüdlü sərnişin, Zaqatala rayon sakini Vüqar Ramazanov və “Mercedes”in 1992-ci il təvəllüdlü sürücüsü, Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
“VAZ-2106”nın sürücüsü 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.