Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Sozcu.info-ya bildirilib ki, ilkin məlumata əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.