Dünən, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı şəklində qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması) maddələri üzrə ittiham irəli sürülüb.
“AzPolitika”nın məlumatına görə, bir neçə gün əvvəl Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı MediaTürk TV-nin efirində qonaq olarkən Ramiz Mehdiyev haqqında fikirlərini bölüşüb.
Fəzail Ağamalı bildirib ki, Ramiz Mehdiyev uzun illər çox böyük səlahiyyətlərə malik şəxs olub. Onun olduğu mühitdə bir çox insanlar ehtiyatla davranır, hətta bəziləri onun qarşısında dayanarkən əllərini cibindən çıxararaq kənarda sakitcə gözləyir, onun göstərişlərini gözləməyə üstünlük verirdilər.
"Ramiz Mehdiyev demişdi ki, gəlib prezident olmaq istəyirəm. Moskva onu prezident eləmək istəyirdi. Prezidenti isə xalq seçməlidir. Xalqın etimadı da Heydər Əliyevə idi. Heydər Əliyevin siyasi kursunu davam etdirən hakimiyyətə gəlməliydi. Digərlərinin əksinə olaraq mən Ramiz Mehdiyevin üzərinə getdim. Qəzetlərin birində onu açıq şəkildə xəyanətkar adlandırdım. Biz 20 Yanvarda o qədər şəhid verdik ki, yenidən Kremlin boyundurağı altına girək?", - Fəzail Ağamalı bildirib.