12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Sozcu.info xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.
Bildirilir ki, binanın həmin hissəsi qəfil dağılaraq uçub. Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə dərhal Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN-in Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub.