8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan İlkin Əsgərov Ali Məhkəməyə müraciət edib.
Sozcu.info xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 11-də keçiriləcək.
Qeyd edək ki, dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əsgərov İlkin Nizami oğlu Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib. İlkin Əsgərov Apelyasiya Məhkəməsinə müraciət etsə də, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilməyib.