Bakı-Tiflis sərnişin qatarı yola düşdü


Bakı–Tiflis sərnişin qatarı yola salınıb.

Sozcu.info xəbər verir ki, “Report”un məlumatına görə, qatar saat 08:41-də Tiflisə çatacaq.

Tiflisdən isə qatar saat 21:00-da yola düşəcək və ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tiflis–Bakı marşrutu üzrə qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq.

Gürcüstan ərazisində isə qatar Qardabani stansiyasında və Tiflis Dəmiryol Vağzalında dayanacaq edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti