Babək Niftəliyevə vəzifə verildi


Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifədə çalışmağa başlayıb.

Sozcu.info xəbər verir ki, tanınmış xanəndə məktəbin xalq çalğı alətləri şöbəsinə rəhbər təyin edilib. Bununla bağlı əmr təhsil ocağının direktoru, Xalq artisti Teymur Göyçayev tərəfindən imzalanıb.

Qeyd edək ki, Babək Niftəliyev uzun illərdir muğam sənətinin təbliği ilə məşğul olur və müxtəlif layihələrdə iştirak edir.



Oxşar Xəbərlər

Xəbər lenti