Bu gün, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Musavat.com bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında çıxış edərək məlumatı təqdim edib.
Komitə sədri bildirib ki, 2025-ci il Azərbaycanda sosial inkişafın dayanıqlığının gücləndiyi, dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr kimi xarakterizə olunur:
“Bu dövrdə əldə olunan nəticələr statistik göstəricilər olmaqla yanaşı, dövlət qurumları arasında koordinasiyanın dərinləşməsi, rəqəmsal idarəetmənin genişlənməsi və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın institusional xarakter alması kimi strateji dəyişikliklərin nəticəsidir”.
Bahar Muradova qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, “Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” bu sahədə yeni mərhələ açmaqdadır.
Onun sözlərinə görə, Fəaliyyət Planı ilk növbədə qadınların sosial-iqtisadi fəallığının artırılmasını, təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsini,iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyən edib:
“Bu yanaşma göstərir ki, dövlətimiz gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir. Eyni zamanda hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər daha sistemli xarakter alıb, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçib.
Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir”.
Komitə sədri bildirib ki, 2025-ci il üzrə illik məlumat 298 səhifədə hazırlanıb:
“66 dövlət orqanı, 77 yerli icra strukturu, Naxçıvan Muxtar Respublikası və vətəndaş cəmiyyəti institutları üzrə məlumatlar cəlb olunub. 9 yeni istiqamət üzrə məlumatlar təhlilə cəlb olunub. Ən mühüm yenilik isə ilk dəfə olaraq gender bərabərliyi siyasətinin
- məhkəmə qərarları,
- media monitorinqləri,
- ali təhsil proqramları,
- sosial risk xəritələri ilə inteqrasiya olunmuş formada təhlil edilməsidir.
Bu isə dövlət idarəetməsində data əsaslı qərarvermə modelinin gücləndiyini göstərməklə onun yalnız statistik məlumat toplusu deyil, idarəetməyə yön verən analitik platforma olduğunu ortaya qoyur”.
Bahar Muradovanın sözlərinə əsasən, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki, dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir:
“Bu, özünü
- müraciətlərin azalması,
- mühafizə orderlərinin artması,
- erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir.
Bunu müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah, doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir. Misal üçün: 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır. Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də:
- təhsil sisteminin,
- yerli icra mexanizmlərinin,
- ailə institutunun güclənməsinin,
- ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir”.