16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.
Sozcu.info xəbər verir ki, bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxs 1939-cü il təvəllüdlü Orta Ləki kənd sakini Xaspoladav Qırımxan Vahid oğludur. Sezar pizza
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.