Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu -Fotolar

28 May – Müstəqillik Günü münasibətilə Beyləqan rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, dövlət qurumlarının rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və digər iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi şərəfli və mürəkkəb tarixi yol, milli dövlətçilik ənənələrinin formalaşması və istiqlal ideyalarının əhəmiyyəti xüsusi vurğulanıb. Çıxış edənlər bildiriblər ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi Azərbaycan xalqının ən böyük tarixi nailiyyətlərindən biridir.

Qeyd olunub ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə və müsəlman aləmində ilk demokratik parlamentli respublikanın əsasını qoyub. Qısa fəaliyyət dövrünə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm addımlar ataraq milli dövlətçilik tariximizdə silinməz iz buraxıb.

Tədbir iştirakçıları vurğulayıblar ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq, istiqlal və müstəqil dövlətçilik ideallarının təcəssümü olmaqla yanaşı, ölkəmizin zəngin dövlətçilik ənənələrinin və milli həmrəyliyinin rəmzi kimi böyük qürur hissi ilə qeyd olunur.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti