Qulinin düşməni həbsdən çıxıb Piterə qayıtdı - “qanuni oğru”lar “qanunlar”ını niyə dəyişir?

 

Kriminal aləmdə Albert Rıjıy və Albert Gəncəli kimi tanınan azərbaycanlı "qanuni oğru” Əli Heydərov iyunun 9-da Mari-Eldəki cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Fontanka.ru saytının xəbərinə görə, "qanuni oğru” vaxtından əvvəl şərti azadlığa buraxılıb. Gəncəli "qanuni oğru”nun artıq Sankt-Peterburqa qayıtdığı deyilir. 

Sozcu.info xəbər verir ki, Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.


2014-cü ildən həbsdə olan "qanuni oğru” əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə "JEEP” avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. Cinayət işinin təşkilatçısı kimi azərbaycanlı avtoritet tanınıb.

Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Bu ləqəblə məşhurlaşan Ə.Heydərov "qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel əsilli kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə nəzarətçi təyin edilib.

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib.

Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer Alberti öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi”də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. ”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon” un qətlinin sifarişini Lotu Qulinin Peterburqda yaşayan qohumu İlham Hacıyevdən alıblar. Sifarişdə Lotu Qulinin qohumunun adının hallanması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən "sxodka”da iddia edilib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib.

2018-ci ilin martında isə Lotu Quli İstanbuldan "Medvedkovo” həbsxanasında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. O, Albert Rıjıya bildirilib ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğru”ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Rusiya mətbuatının ən son məlumatılna görə isə, Albert həbsxanada "qanuni oğru” kimi tanınıb və bu məsələdə Piterli "qanuni oğru”lar ona dəstək verib.

Yeri gəlmişkən, Albertin azadlığa çıxması ilə Sankt-Peterburq kriminal aləmi itki verib. Belə ki, şimal paytaxtınının ən nüfuzlu "qanuni oğru”larından olan 70 yaşlı Saçino Qeqeçkoru koronavirusdan ölüb. Son illərdə Sankt-Peterburqa "oğruların” heç bir toplantısı onun iştirakı olmadan keçirilməyib. Amma kriminal aləmdə başqa dəyişikliklər də var.

Rusiyadakı "anti-oğru” adı almış qanunun qüvvəyə minməsindən sonra həbs edilən "qanuni oğru”ların öz həbs edildikdə öz satutuslarını inkar edə bilərlər. Əvvəllər həbs edilərkən "qanuni oğru” statusunu elan etmək vacib idi. Amma cəzaların ağırlaşdırılmasından sonra polisin əlinə keçən ”qanuni oğru”nun statusunun inkar etməsi məqbul sayılır. Bu səbəbdən Rusiya mediası "qanuni oğru”ların da öz "konsitusiyasını” dəyişəcəyini yazır.



Oxşar Xəbərlər

Xəbər lenti