Ata ovda səhvən oğluna atəş açaraq onu öldürdü

Rusiyanın Primorski vilayətində ailə faciəsi yaşanıb.

REN TV xəbər verir ki, yerli sakinlərdən biri təqaüddə olan atası ilə ova yollanıb.

İlkin məlumatlara görə, ata və oğul meşə massivində ayrılaraq müxtəlif istiqamətlərə üz tutublar.

Qısa müddət sonra gənc oğlan qışqıraraq atasından qabanı nişan almasını istəyib.

Bu zaman kişi ov tüfəngi ilə atəş açıb. Nəticədə güllə səhvən oğluna dəyib və o ölüb.  

Hazırda istintaq aparılır. Yaşlı ataya yaşayış yerini tərk etmək qadağan edilib.


Oxşar Xəbərlər

Xəbər lenti