Qadın bazarın qarşısında 52 yaşlı kişini bıçaqladı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Sozcu.info xəbərinə görə, hadisə şəhərin mərkəzində, bazarın qarşısında baş verib.
Məlumata görə, hələlik kimliyi məlum olmayan qadın ətrafdakıların gözü qarşısında 52 yaşlı Fəxri Qasımovu kürəyindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}