Bacısını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda bacısını bıçaqlamada təqsirləndirilən Elton Əkbərlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Sozcu.info-un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində ərazisində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü E.Əkbərli küçədə qardaşının hücumuna məruz qalıb. O, bacısının üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.


Oxşar Xəbərlər

Xəbər lenti